Azərbaycan xalqının mətbəx mədəniyyətinin, onun tərkib hissəsi olan süfrə mədəniyyətinin özünə məxsus incəlikləri vardır. Azərbaycan xalqı o xalqlardandır ki,mövsümə, məqama, şəraitə, mərasimə uyğun fərqli süfrə mədəniyyətinə malikdir. Biz tarixi eramızdan çox - çox əvvəllərə gedib cıxan, antik mənbələrdə " Qobusnamə" də, "Kitabi - Dədə - Qorqud" da, tarixi mənbələrdə və qaynaqlarda xalqımızın süfrə mədəniyyəti, yemək qaydaları, qonaq qarşılaması barədə olduqca qiymətli məlumatlar öyrəndik. Bu qaydaların əksəriyyəti bu gündə qorunub saxlanmaqdadır.
Stol arxasında özünü aparmaq bacarığı, təmkınlə
yemək insanın ümumi mədəni səviyəsini göstərir. Süfrə mədəniyyəti ilk baxışdan bizə sadə görünsə də stol arxasında necə davranmağı, yemək qaydasını,əllərimizi hara qoymağı bizə elə gəlir ki, bilirik.Amma araşdırdıqca gördük ki, bu qaydaları elə də yaxşı bilmirik. Bunları bilmək üçün aşağıdakılara diqqət etməliyik: Stol arxasında oturuşumuza fikir verməliyik. Bir az söykənərək düz oturmaq, stulu stola çox yaxın çəkməmək,əllərimizi dizlərimizin üstünə qoymaq məsləhətdir.Bu qaydalara əməl etsək ən azından mədəniyyətimizi göstərərik.

Bir sıra əməllər də varki bəyənilməyən hesab edilir:
Yemək zamanı başqasının üzünə baxmaq.
Səs çıxararaq yemək.
Tələsik yemək.
Yemək zamanı danışmaq.
Üfürərək yemək.
Ziyafət və qonaqlıqlarda əllə yeyilən və sarımsaqlı yeməklərın verilməməsi.
Yeməkləri bişirmək bir sənət hesab edilirsə, onu bəzəyib süfrəyə gətirmək, onu təqdim etmək də başqa bir sənət sayılır. Yeməklər nə qədər gözəl, göz oxşuyan, dadlı olursa - olsun əgər biz süfrə mədəniyyətindən bixəbəriksək, süfrə mədəniyyətinə malik deyiliksək mətbəximizi düzgün təbliğ edə bilmərik.
Комментариев нет:
Отправить комментарий