Biz qədim tariximiz oian bir dövlətik. Azərbaycan mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərdən biridir. Biz milli mətbəxin qədimliyini gənc nəsilə çatdırmaq üçün mətbəximizin keçmişinə nəzər salaq. Azərbaycan milli mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə mədəniyyətini, adətləri, gigiyenanı, etikanı, estetkanı, həmçinin Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Biz araşdırdıq ki, Azərbaycan milli mətbəxi xalqımızın bacarığı ilə onun tarixən yaşadığı Azərbaycan Respublikası, Güney Azərbaycanı, qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahalında, tarixən yaşadıqları Borçalı və keçmiş Azərbaycan xanlıqlarından biri olmuş Dərbənd və ətrafında yaranmışdı
Biz araşdırma apararkən öyrəndik ki, mətbəximizin yaranmasına və inkişafına təsir göstərən ən mühüm amil-iqlimdir. 11 iqlim qurşağının 9-u ölkəmizdə yerləşdiyindən mətbəximizdə tərəvəzlərdən və müxtəlif göyərtilərdən geniş istifadə edilib. Milli xörəklərin əksəriyyəti mal, qoyun və quş ətindən hazırlanır.Balıqdan da geniş istifadə edilib.

Mətbəximizə təsir göstərən ikinci mühüm amil-xalqin tarixi-coğrafi yerləşmə məkanıdı.
Azərbaycan kulinariyasını fərqləndirən bir xüsusiyyət də ondan ibarətdir ki, bəzən milli xörəklər həm birinci, həm də ikinci xörəyi əvəz edir.Üçüncü xörək kimi şirin yeməklər istisna hallarda tətbiq edilir və çeşidi məhtuddur.
Комментариев нет:
Отправить комментарий